Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb

Netanyahu Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb
02:17 8 Dekabr 2019
113 Digər
Ölkə mətbuatı
A- A+

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı İran, Suriya və İsrailin təhlükəsizliyini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Netanyahu özünün Twitter hesabında yazıb.
“Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı baş tutub. İran məsələsini, Suriyadakı vəziyyəti, İsrailin təhlükəsizlik tələblərini və iki ölkənin ordusu arasında gözlənilməz qarşıdurmaların yaranmaması istiqamətində davamlı addımların atılmasını müzakirə etdik”
Bundan əvvəl rəsmi Kreml rəhbərlərin iki ölkə arasında Suriya istiqamətində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdiyini bildirmişdi.
Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/netanyahu-putinle-telefon-danisiginin-teferruatlarini-aciqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR