Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək

Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək
03:32 8 Dekabr 2019
126 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud Floridada krallıq vətəndaşı tərəfindən qətlə yetirilən hərbçilərin ailələrinə kömək edəcək.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, qeyd edib ki, Səudiyyə kralı başsağlığı üçün ona zəng edib.
“Çox kədərlidirlər. Kral onların (ölənlərin) ailələrinin və yaxınlarının qayğısında iştirak edəcək”.
Xatırladaq ki, dekabrın 6-da səhər saatlarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı bazasında təlim keçən Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinin (HHQ) hərbçisi 3 nəfəri öldürdükdən sonra intihar edib. Onun açdığı atəş nəticəsində 8 nəfər yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kral-floridada-olen-herbcilerin-ailelerine-yardim-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR