Zərdabda baş verən yol qəzası nəticəsində 3 nəfər xəsarət alıb

21:27 16 Yanvar 2015
205 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 21:22 ]

Zərdab. Zahid Abışov – APA. Zərdabda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Zərdab Rayon Polis şöbəsindən APA – nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saat 20:00 radələrində, Zərdab - Mollakənd yolunun Zərdab rayonunun Dəliquşçu kəndindən keçən hissəsində qeydə alınıb.

 

Dəkkəoba kənd sakini, 45 yaşlı Bayraməliyev Sədrəddin Cəllad oğlunun idarə etdiyi VAZ-2106 markalı maşınla, Dəliquşçu kənd sakini 36 yaşlı Soltanov Dəyanət Həbib oğlunun idarə etdiyi VAZ-2106 markalı maşın toqquşub. Nəticədə hər iki sürücü və D. Soltanovun maşınında sərnişin qismində olan 8 yaşlı oğlu Soltanov Həbib Dəyanət oğlu müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

 

Xəstəxanadan APA – ya verilən məlumata görə, hər üç yaralıya ilkin tibbi yardım göstərilib, onlar Göyçay Mərkəzi Rayon xəstəxanasına göndəriliblər. Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis şöbəsində araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369414

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR