Fransada 1 tondan ağır olan hərbi pilotsuz təyyarə qəzaya uğrayıb

Fransada 1 tondan ağır olan hərbi pilotsuz təyyarə qəzaya uğrayıb
05:27 8 Dekabr 2019
133 Digər
Ölkə mətbuatı
A- A+

“Patroller” hərbi pilotsuz uçuş aparatı Fransanın İstr şəhərində sınaq uçuşu zamanı qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti pilotsuz uçuş aparatın istehsalçısı olan “Safran” şirkətinə istinadən məlumat yayıb.
Fransa Hərbi Hava Qüvvələrinin İstr şəhəri yaxınlığındakı bazasından uçan hərbi pilotsuz təyyarə Sen-Mitr-le-Rampard kəndi yaxınlığında yerə çırpılıb.
Qanadları 18 metr olan aparatın qəzaya uğraması nəticəsində heç kim xəsarət almayıb.
Ağırlığı bir tondan çox olan “Patroller” taktiki pilotsuz uçan aparatları yerüstü qüvvələrin hərəkətlərinin əlaqələndirməsində nəzarət və kəşfiyyat rolunu oynayır. İlkin məlumatlara görə, Fransa ordusu 2020-ci ildə 14 belə dron almalıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-1-tondan-agir-olan-herbi-pilotsuz-teyyare-qezaya-ugrayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR