Tanınmış aktyor sərxoş halda hava limanında dava saldı - FOTO

Tanınmış aktyor sərxoş halda hava limanında dava saldı - FOTO
06:53 8 Dekabr 2019
124 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da hava limanında dava salan tanınmış aktyor Riçard Qrieso polis tərəfindən saxlanlıb.

Publika.az xəbər verir ki, hadisə Dallas aeroportunda baş verib. 54 yaşlı aktyor gömrük yxlaması zamanı növbədə olarkən mühafizəçilərlə və digər sərnişinlərlə mübahisə etməyə başlayıb. Ayaq üstdə çətinliklə dayanan aktyor əl-qol hərəkətləri etməyə, ona yaxınlaşanları vurmağa başlayıb. İnsidentin böyüdüyünü görən polis Qriesonu bölməyə aparıb.

Burada onun ağır dərəcəli sərxoş olması üzə çıxıb. Həmçinin aktyorun çantasınan xeyli psixatrop həblər çıxıb. Riçard Qrieso təyyarəyə minməyə qorxduğu üçün özü ilə sakitləşdirici götürdüyünü bildirib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/298434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR