Bu gün SAT imtahanı keçirilir

Bu gün SAT imtahanı keçirilir
07:01 8 Dekabr 2019
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Dövlət İmtahan Mərkəzində növbəti SAT imtahanı keçirilir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şəxslər saat 07.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaqlar.

İmtahan saat 08.30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı keçiddən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3160338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR