Turinin "Yuventus" klubu İtaliya A Seriyasının 15-ci turunda səfərdə "Latsio"ya 1:3 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, oyunun ilkb yarısında Kriştiano Ronaldonun qolu ilə hesabı açan "Yuventus" təşəbbüsü əində saxlaya bilməyib. "Latsio"nun heyətində Luis Felipe (45 + 1-ci dəqiqə), Sergey Milinkoviç-Saviç (74-ci dəqiqı) və Felipe Kaysedo (90 + 5-ci dəqiqə) 3 qol vuraraq Roma təmsilçisinə qəəbə qazandırıb.
Beləliklə, "Yuventus" cari mövsümdəki bütün turnirlərdə ilk məğlubiyyətini alıb (15 qələbə və 4 heç-heçə).