Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı öldü, özü yaralandı

Azərbaycanda məmur qəza törətdi: həyat yoldaşı öldü, özü yaralandı
12:47 8 Dekabr 2019
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/808740.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı