Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi - FOTO

Azərbaycanlı model "Dünyanın ən yaraşıqlı kişisi" seçildi - FOTO
12:57 8 Dekabr 2019
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyədə "Best Model of The World - 2019" beynəlxalq gözəllik müsabiqəsinin final mərasimi baş tutub.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, yarışmada ölkəmizi model Nuru Əhmədov təmsil edib. O, müsabiqəsinin qalibi seçilib. Belə ki, yarışmaya 40 müxtəlif ölkədən modellər qatılıb. Müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.

Qeyd edək ki, Nuru Əhmədov bundan öncəki il də yarışmaya qatılmışdı. Sənətçi indiyədək bir neçə klipdə və videoçarxda yer alıb.

Qeyd edək ki, sözügedən yarışmada Azərbaycan ilk dəfə 12 il əvvəl qalib olub. Həmin zamanlar model Rüstəm Cəbrayılov "Best Model of The World" seçilib.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı