"Zirə"nin baş məşqçisi: “İstəyirəm, "Səbail" ötənilki gücünü qaytarsın”

"Zirə"nin baş məşqçisi: “İstəyirəm, "Səbail" ötənilki gücünü qaytarsın”
17:22 8 Dekabr 2019
86 Digər
Ölkə mətbuatı
A- A+

"Üçüncü oyundur ki, eyni heyətlə meydana çıxırıq. Əsas oyunçuların meydandakı istəkli olmalarıdır. Şadam ki, qələbə qazandıq. Böyük hesablı qələbə gözləmirdim".
"Report"un məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın XIV turunda evdə "Səbail"i 4:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, rəqibin indiki durumu hamını narahat edir: "İstəyirəm ki, "Səbail" ötənilki gücünü qaytarsın. Bir komanda zəifdirsə, baş məşqçinin daha çox ürəyi ağrıyır. Futbolçulara dedim ki, bu qələbə ilə kifayətlənmək olmaz. Eyni rəqibə qarşı kubok oyununu düşünmək lazımdır. Həmin matç daha çətin olacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-nin-bas-mesqcisi-i-steyirem-ki-sebail-otenilki-gucunu-qayta

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR