İranlılar benzin almaq istəmir - Baş menecer açıqladı

İranlılar benzin almaq istəmir - Baş menecer açıqladı
17:43 8 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

İranda etirazlardan sonra benzin istehlakı 22% azalıb.

Publika.az xəbər verir ki, İran Neft Ticarət Şirkətinin baş meneceri Əmri Vəkilzadə bu barədə açıqlama verib:

"Etirazlardan öncə günlük benzin istehlakı 98 milyon 700 min litr idisə, çıxışlardan sonra bu göstərici 76 milyon 600 min litrədək azaldı. Ötən ilin müvafiq dövründə isə istehlak 89 milyon 600 min litr idi".

Qeyd edək ki, İranda 15 noyabrda benzinin bahalaşmasına qarşı irimiqyaslı etirazlar başlamışdı. Baş verən toqquşmalarda ən az 208 nəfər ölüb, 7000 nəfər isə həbs olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/enerji/298498.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR