Səhərlər nə içmək lazımdır? - Alimlər AÇIQLADI

Səhərlər nə içmək lazımdır? - Alimlər AÇIQLADI
22:47 8 Dekabr 2019
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Elm adamları səhərlər hansı içkinin daha faydalı olduğunu açıqlayıblar.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Braziliya, ABŞ, Fransa və Almaniyadan olan bir qrup alim səhər nə içməyin daha yaxşı olması ilə bağlı araşdırma aparıblar.

Araşdırma nəticəsində məlum olub  ki, səhər qəhvə içmək daha faydalıdır. Alimlərə görə, bu içki insanı gümrah etməklə bərabər bədənin qocalmasına səbəb olan koqnitiv  pozğunluqla effektiv mübarizə aparmağa kömək edir.

Alimlər, bununla bağlı laboratoriyada gəmiricilər üzərində təcrübə aparıblar. Kofenin beynin normal işləməsini stimullaşdıra bildiyi və qocalma sürətini azaltdığı açıqlanıb.

Bundan başqa, qəhvə öd daşının meydana gəlməsinin qarşısını alır və qaraciyər sirrozu riskini azaldır.

Mütəxəssislər, bu içkini şəkər və qaymaqsız qəbul etməyə çağırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR