x
Loading...

Polestar satıcısız şou-rum açıb - FOTO

Polestar satıcısız şou-rum açıb - FOTO
23:05 8 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Polestar şirkəti yeni məhsulların mütərəqqi satış texnologiyalarını tələb etdiyini hesab edir. Bunun təsdiqi olaraq, isveç istehsalçısı Norveçin paytaxtı Oslo şəhərində Polestar Space adlı şou-rumu açıb. Yeni şou-rum ənənəvi diler mərkəzi deyil - minimalizm üslubunda tərtibata malik olan şou-rum yalnız avtomobillərin nümayişi üçün istifadə edilir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, şou-rumun əməkdaşları satışlardan komissiya almayacaqdırlar: onların əsas vəzifəsi ziyarətçilərə Polestar elektromobillərinin texnologiya və təchizatları barədə məlumat vermək, həmçinin test-drayvların təşkili olacaqdır. İsveç markasının əməliyyat direktoru Conatan Qudman belə yanaşmanın avtomobillərin satışını rahat və asan edəcəyindən əmindir.

Polestar Space şou-rumunda sakit şəraitdə avtomobilin konstruksiyası ilə tanış olmaq və müvafiq olan rəngləri, tərtibat materiallarını, opsiyaları və başqa elementləri seçmək mümkün olacaqdır. Firmanın planlarına görə, bütün sifarişlər onlayn şəkildə qəbul ediləcəkdir. Alınmış elektrokar birbaşa alıcının qapısına gətiriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/799124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR