Bu meyvənin tumları üzdəki ləkələri aparır

Bu meyvənin tumları üzdəki ləkələri aparır
23:12 8 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Üzdə yaranan ləkələri aparmaq üçün çoxlu sayda təbii vasitələr var. Onlardan birinin də heyva tumları olduğu bildirilir. Heyva tumlarının öskürək üçün çox faydalı olduğu məlumdur.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu tumlardan həmçinin üzdə olan ləkələri aparmaq üçün də istifadə oluna bilər. Ona görə də heyvanı istifadə edəndən sonra  tumlarını atmaq lazım deyil.

Heyva tumlarından hazırlanan maskalar dərini nəmləndirir, ləkələri aparır. Bu maskalar üzdə olan sızanaq ləkələri, Günəş ləkəsi, doğuşdan sonra yaranan ləkələr zamanı tətbiq olunur.

Heyva tumlarında çoxlu miqdarda minerallar və antioksidantlar toplanıb, məhz bu özəlliyi sayəsində həmin tumlar ölü dəri hüceyrələrinin yeniləyir, dərinin gözəl görünməsinə yardım edir.

Bəs həmin maskalar necə hazırlanır?

Birinci maska üçün iki yemək qaşığı heyva tumu, 1 stəkan gül suyu və 2 çay qaşığı badam yağı istifadə olunur.

Heyva tumlarını gül suyunun içinə atmaq,  1 gecə gözləmək, ertəsi gün suyu süzüb, suya badam yağı tökmək lazımdır. Qarışığı qarışdırıb dəriyə çəkəndən sonra 20 dəqiqə gözləmək tövsiyə edilir. Bu qarışığı 1 həftə saxlamaq, həftədə 2 dəfə istifadə etmək olar.

İkinci qarışım isə daha sadədir. Bir heyvanın tumlarını çıxarıb üstünə çıxana qədər su töküb, təxminən bir dəqiqə qaynadıb, 4 saat qədər gözləyəndən sonra üzdə ləkələr olan yerə çəkmək olar. Bunu üzdəki ləkə izləri gedənə kimi istifadə etmək mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR