"WhatsApp"da daha bir yeni funksiya

"WhatsApp"da daha bir yeni funksiya
08:42 9 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

"WhatsApp" mesenceri, tapşırıqlar yaratmağa və müvafiq xatırlatmaları almağa imkan verən yeni bir funksiya ilə təchiz olundu.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Any.do" xatırlatma xidməti ilə birlikdə yaradılan funksiyaya "WhatsApp xatırlatma" adlanır və mesencer quraşdırılmış bütün cihazlarda ödənişli abunə ilə əldə edilə bilər.

Tapşırıq yaratmaq üçün, xatırlatma vaxtını qeyd etməklə "Any.do" botuna müvafiq mesaj göndərilməlidi. Bundan əlavə, avtomatik olaraq tapşırıqlar yaratmaq üçün digər həmsöhbətlərdən alınan mesajlar yönləndirilə bilər.

Daha əvvəl "WhatsApp" tədqiqatçıları tərəfindən müəyyən bir müddətdən sonra istifadəçi mesajlarını avtomatik olaraq silən yeni bir funksiyanın sınaqdan keçiriləcəyi barədə məlumat verilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808820.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR