Ruslar bize heyran qaldi (VIDEO)

Ruslar bize heyran qaldi (VIDEO)
21:31 16 Yanvar 2015
268 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada Azerbaycan xalcalari da daxil olmaqla qedim xalcalar sergilenib.

ANS TV-nin Moskva muxbirinin verdiyi melumata gore, Moskvanin meshur “Manej” Sergi Merkezinde acilan “Xalca ehtimallari. Mark Patlisin kolleksiyasi” adli sergide dunyanin muxtelif olkelerini temsil eden qedim xalca numuneleri muasir tesviri senet eseri kimi mutexessislerin muzakiresine cixarildi. Tesviri senetle xalcaciliq arasinda hec bir serhed olmadigini vurgulamaga calisan sergi teskilatcilari numayis etdirdikleri xalcalarin hem resm eseri kimi divara asila bileceyini ve hem de meisetde muxtelif meqsedlerle istifade edildiyini eyani olaraq gosterdi. Her bir xalcanin esl bir senet eseri kimi mutleq qedim tarixe ve ahenge sahib olduguna inanan kolleksiyanin sahibi Mark Patlis ise el emeyi neticesinde ortaya cixan bu mocuzevi eserlerin menfi auraya (enerjiye) sahib olmasinin qeyri-mumkun oldugunu deyir.

Azerbaycan xalcalarina xususiyle heyran olan kolleksioner, milli xalcalarimizin onda caz musiqisi dinleyirmis kimi bir ehval oyandirdigina inanir.

“Antik Azerbaycan xalcalari menim ucun bir musiqidir, cazdir. Acigini etiraf edim ki, muasir Azerbaycan xalcalarini o qeder de sevmirem. Lakin qedimi eserleriniz, xususile de 19-cu esre aid xalcalar sanki mocuzedir. Onlar butun dunyada da yuksek qiymetlendirilir. Bu xalcalari oz kolleksiyamda toplamaq ucun cox emek ve vaxt serf etdiyime gore qetiyyen teessuf etmirem”.

Daha cox Hindistan, Iran, Turkiye, Macaristan, Rusiya ve diger Avropa olkelerine mexsus xalcalara yer verilen sergide Azerbaycan xalcalarindan ise Agstafa ve Cici xalcalari diqqet cekirdi.

Sergi istirakcisi Dmitri Malasenko sergide en cox Serq xalcalarini beyendiyini dedi. Elle toxumalar, naxislar onu heyran edib. O, buradaki Azerbaycan xalcalarinin 200 illik yasi oldugunu oyrenib ve sergiye qatilib. Istirakci buna baxmayaraq xalcalarin cox yaxsi qaldigini ve bundan sonra 200 il de qalsalar onlara hec ne olmayacagini deyir.

Sergi yanvarin 19-na qeder davam edecek.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR