Qubada iki mərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Susayqışlaq kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 180 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az