Premyer Liqa: "Neftçi" ikinci dövrənin ən yaxşısı olub

Premyer Liqa: "Neftçi" ikinci dövrənin ən yaxşısı olub
10:47 9 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqası ikinci dövrənin ən yaxşı komandası bəlli olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, II dövrənin 7 turunda baş tutan 28 matçda “Neftçi” daha  çox – 14 xal toplayıb. Paytaxt təmsilçisi rəqiblərindən daha çox qələbə qazanmaqla yanaşı ən çox qol vuran və ən az top buraxan komandadır.
“Keşlə” 12, “Sumqayıt” isə 11 xal qazanıb.
Çempionatın lideri “Qarabağ” “Neftçi” və “Keşlə” kimi yalnız bir dəfə uduzub. Lakin ağdamlılar hamıdan çox heç-heçə ediblər.
Dövrədə qələbə qazanmayan yeganə komanda “Səbail”dir. Bakılılar 7 matçda 2 qol vurub, 2 xal yığıblar.
Qeyd edək ki, I dövrənin qalibi “Qarabağ” olub. Ağdam klubu 7 oyunda 7 qələbə qazanıb.
1 Neftçi 7 4 2 1 14 - 5 14 2 Keşlə 7 3 3 1 10 - 9 12 3 Sumqayıt 7 3 2 2 13 - 11 11 4 Qarabağ 7 2 4 1 7 - 6 10 5 Zirə 7 2 3 2 12 - 13 9 6 Qəbələ 7 2 2 3 11 - 10 8 7 Sabah 7 2 2 3 9 - 11 8 8 Səbail 7 0 2 5 2 - 13 2

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/premyer-liqa-neftci-ikinci-dovrenin-en-yaxsisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR