70 il sonra gəlinlik geyindi

70 il sonra gəlinlik geyindi
10:52 9 Dekabr 2019
100 Maraqlı
Ölkə mətbuatı
A- A+

Antalyada yaşayan 85 yaşlı Döndü Metin adlı qadın 70 il sonra arzusuna çatıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 15 yaşında ikən İbrahim Metin ilə evlənən qadın maddi çətinliklər səbəbilə gəlinlik geyinə bilməmişdi. 30 il əvvəl ərini itirən Döndünün bu arzusunu isə nəvəsi Tülaz Sezmiş yerinə yetirib. O, nənəsinə sürpriz edərək, gəlinlik alıb və restoran kirayələyib. Mərasimdə ailənin qohumları və dostları iştirak edib. 85 yaşlı qadın toyda həm oynayıb, həm də mahnı oxuyub.

Qeyd edək ki, onun 10 övladı və 28 nəvəsi var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808852.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR