Azərbaycan Qran-prisinin qalibi ralli yarışında birinci yeri tutub

Azərbaycan Qran-prisinin qalibi ralli yarışında birinci yeri tutub
10:52 9 Dekabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

"Mercedes" pilotu Valtteri Bottas Fransada "Pol Rikar" avtodromu yaxınlığında keçirilmiş rallinin qalibi olub.
"Report"un məlumatına görə, finlandiyalı sürücü 9 xüsusi sahənin 5-ni öndə bitirib. Nəticədə o, ralli karyerasında ilk qələbəsinə imza atıb.
Bottas "WRC — Citroen DS3" xüsusiyyətli beş avtomobildən birində çıxış edib. Təcrübəli pilot 9 xüsusi sahənin yekununda ən yaxın izləyicisi Robert Konsanini ("Şkoda") 50 saniyə geridə qoyub. Üçüncü yer isə "Formula 2"nin keçmiş sürücüsü Daniel Bokkalaççiyə ("Lotus") qismət olub.
Qeyd edək ki, Valtteri Bottas 2019 mövsümündə "Formula 1" üzrə dünya çempionatını gümüş medalla başa vurub. O, 26 - 28 apreldə keçirilmiş Azərbaycan Qran-prisində finişə birinci çatıb. Dünya çempionluğunu isə onun "Mercedes"dəki komanda yoldaşı Lüis Hemilton qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-qran-prisinin-qalibi-ralli-yarisinda-birinci-yeri-tutub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR