Sumqayıtda partlayış olub, xəsarət alanlar var

21:32 16 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb.

Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Bitişik obyektlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 18:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/319475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR