x
Loading...

Donuz qripi 81 nəfəri öldürdü, 8 min insan müalicədədir - Ölkə ŞOKDA

Donuz qripi 81 nəfəri öldürdü, 8 min insan müalicədədir - Ölkə ŞOKDA
10:58 9 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

İranda donuz qripi sentyabr ayından bu yana 81 nəfərin həyatına son qoyub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əli Rza Rəisi danışıb.

Rəisi bildirib ki, son bir həftə ərzində 8 min 333 insan qrip şikayəti ilə xəstəxanalara müraciət edirib. Onların yarısı tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanalara yerləşdirilib. Yarısı isə ambulator müalicəyə buraxılıb.

Qeyd edək ki, İranın Gülüstan, Mazandaran, Kirman, Əhvaz və Kəhgüliyə-Buyer Əhməd əyalətlərində H1N1 virusu (donuz qripi) aşkarlanıb.

Xatırladaq ki, İran 1noyabrın 15-dən benzinin 3 qat bahalaşmasından sonra çətin günlər keçirir.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/298541.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR