x
Loading...

Milli Məclisin deputatları AŞPA-nın Büro və komitə iclaslarında iştirak edir

Milli Məclisin deputatları AŞPA-nın Büro və komitə iclaslarında iştirak edir
11:02 9 Dekabr 2019
45 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən başlayaraq dekabrın 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçirilir.
"Report" xəbər verir ki, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev iştirak edirlər.
İclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, İş yerlərində dini azadlığın qorunması, Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, Seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Xəbərin orijinal ünvanı: https://report.az/milli-meclis/milli-meclisin-deputatlari-aspa-nin-buro-ve-komite-iclaslarinda-istira

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR