Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Yaralı var

Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Yaralı var
12:28 9 Dekabr 2019
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.

Hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/298562.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR