BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul etdi

BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul etdi
12:33 9 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Partiyanın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub.

Aparılan müzakirələr nəticəsində BAXCP-nin Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edilib.

BAXCP 30 seçki dairəsi üzrə namizəd irəli sürəcək.

Yaxın günlərdə BAXCP tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında kütləvi informasiya vasitələrinə ətraflı məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/298563.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı