Bakıda 3 yeniyetmə hədələnərək pulları əllərindən alınıb

Bakıda 3 yeniyetmə hədələnərək pulları əllərindən alınıb
12:47 9 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda 3 yeniyetmə hədələyərək pulları əllərindən alınıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, cari il oktyabrın 25-də naməlum şəxsin Bakı şəhər sakinləri olan 3 yeniyetməni hədələyərək onlardan ümumilikdə 1850 manat pul alması barədə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
Həmin şəxsin tutulması üçün zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-3-yeniyetme-hedelenerek-pullari-ellerinden-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı