İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib (FOTO)

İsveçrədə ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib (FOTO)
14:29 9 Dekabr 2019
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Heydər Əliyev və təhsil” mövzusunda anım tədbiri keçirilib.

Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə verilən məlumata görə, xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan tədbirdə “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri ilə yanaşı onların valideynləri də iştirak ediblər.

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə danışıb. O qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutub. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında gənclərin və təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb və yüksək dəyərləndirib.

Daha sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov tərəfindən uşaqlar üçün hazırlanmış “Heydər Əliyev və təhsil” mövzusunda xüsusi təlim keçirilib. Təlim çərçivəsində həmçinin Səfirliyin ikinci katibi Sara Abbasova ümummilli liderin həyat və siyasi fəaliyyəti, eləcə də gənclərə olan qayğısı barədə ölkəmizdən kənarda yaşayan balaca soydaşlarımızı məlumatlandırıb. Tədbir Heydər Əliyev və uşaqlar mövzusunda hazırlanmış video materialların nümayişi ilə davam etdirilib. Sonda uşaqlar ulu öndər barədə öyrəndiklərini və onun haqqında təəssüratlarını bölüşüblər.

Bu kontekstə ilk dəfə təşkil olunan tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3161051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR