Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü

Gəncədə 60 yaşlı kişi dərmandan zəhərlənib öldü
14:55 9 Dekabr 2019
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Gəncədə dərman zəhərlənməsindən ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Məhərrəmli Məzahir Hökmalı oğlu xəstəliyi ilə bağlı dərman qəbul edib. Bir müddətdən sonra M.Məhərrəmlinin vəziyyəti daha da ağırlaşıb. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yərləşdirilən xəstəyə ilkin tibbi yardım göstərilsə də, xeyiri olmayıb. M.Məhərrəmlinin həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, M.Məhərrəmli xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərman preparatını həkim təyinatı olmadan içib və zəhərlənmədən ölüb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3161067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR