Rusiyaya şok qadağa

Rusiyaya şok qadağa
15:12 9 Dekabr 2019
119 İdman
Ölkə mətbuatı
A- A+

Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi Rusiyanı 4 il ərzində böyük beynəlxalq idman yarışlarından kənarlaşdırıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qərara əsasən Rusiya Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına, eləcə də digər beynəlxalq turnirlərə qatıla bilməyəcək. O cümlədən Rusiya beynəlxalq yarışlara da ev sahibliyi edə bilməz.

Bu qərar  dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə də şamil olunub.

Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatına ancaq neytral statusda - bayraqsız və himnsiz çıxa bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/808999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR