Sergey Lavrov sabah Donald Trampla görüşəcək

Sergey Lavrov sabah Donald Trampla görüşəcək
16:57 9 Dekabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp dekabrın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edəcək.
“Report” “dw”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin adının çəkilməsini istəməyən nümayəndəsi bildirib.
Mənbə qeyd edib ki, S.Lavrov ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşəcək. D.Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen ABŞ prezidentinin rusiyalı naziri qəbul edəcəyini istisna etməyib.
Qeyd edək ki, D.Trampla S.Lavorv arasında ilk görüş 2017-ci ilin mayında Vaşinqtonda olub.

Xəbərin orijinal ünvanı: https://report.az/region/sergey-lavrov-sabah-donald-trampla-gorusecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR