Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin vaxtı təyin edildi
17:05 9 Dekabr 2019
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 9-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Sərəncama əsasən, beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli Sərəncamına uyğun olaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/809044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR