İsmayıllıda maşın ağaca çırpıldı, 4 nəfər xəsarət aldı, biri xəstəxanada öldü

İsmayıllıda maşın ağaca çırpıldı, 4 nəfər xəsarət aldı, biri xəstəxanada öldü
17:12 9 Dekabr 2019
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Dekabrın 7-də saat 23 radələrində İsmayıllı rayonunun Diyallı kəndi ərazisində kənd sakini İ.İsmayılov idarə etdiyi "Mercedes" markalı 50 CB 580 N-li avtomobili yolun kənarındakı ağaca vurub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Ramal Abışov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809022.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR