x
Loading...

Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir

Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir
17:17 9 Dekabr 2019
73 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycanda rus dilində 338 məktəb fəaliyyət göstərir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 18-ci iclasında deyib.

O bildirib ki, bundan əlavə, 3 mindən çox məktəbdə xarici dil qismində rus dili tədrisi kursları keçirilir və bu kurslarda 130 mindən çox şagird təhsil alır.

Nazir müavini əlavə edib ki, Azərbaycanın ali təhsil müəssisələrində ixtisasların 70 faizdən çoxu rus dilində tədris olunur:

"Biz rus dili üzrə beynəlxalq olimpiada keçiririk. Burada 650 məktəbdən 3500-dən çox şagird iştirak edir. Biz Azərbaycanda rus dilinə böyük əhəmiyyət veririk".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR