Avtobus qayda pozdu, yol polisi onun hərəkətinə göz yumdu - VİDEO

Avtobus qayda pozdu, yol polisi onun hərəkətinə göz yumdu - VİDEO
17:22 9 Dekabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Hər gün səhər saatlarında Bakı-Sumqayıt yolunun üzü şəhər istiqamətində (Beynəlxalq Avtovağzalın yanında) tıxac yaranır. Tıxacın başlıca səbəblərindən biri sürücülərin zolaqlar üzrə düzgün yerləşməməsidir.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, dekabrın 7- də qeyd etdiyimiz yolda hərəkət edən marşrut avtobusunun sürücüsü, yol polislərinin gözü qarşısında 1.11 xəttinin tələbini pozaraq sol zolağa keçib. Eyni qaydanı pozan digər sürücülər saxlanılsa da avtobus sürücüsü məsuliyyətdən kənarda qalıb. Buna görə də, avtobus sürücüləri onlara qarşı olan nəzarətsizlikdən sui-istifadə edərək özlərini toxunulmaz hiss edirlər və yol hərəkəti qaydasını pozub qəza törədərək onlarla insanın həyatını məhv edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809020.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı