Sumqayıtda güclü partlayış

Sumqayıtda güclü partlayış
21:36 16 Yanvar 2015
130 Ölkə
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 20 kv.m olan mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları 60 kv.m sahədə dağılıb. Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb.

Yanğınla nəticələnən partlayış zamanı sexin yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=320170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR