Ağstafada avtomobil yandı

Ağstafada avtomobil yandı
20:13 9 Dekabr 2019
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda avtomobilə qoşulan əlavə qurğu yanğına səbəb olub.

"Report"un məlumatına görə, rayonun Dağ Kəsəmən kənd sakini Sənan Əhmədova məxsus "VAZ-2107" markalı avtomobil anidən alışıb.

Hadisə yerinə Ağstafa rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına avtomobilə qoşulan səsgücləndirici qurğu səbəb olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/298611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR