Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü

Hövsanda yolu keçən piyadanı maşın vurub öldürdü
20:17 9 Dekabr 2019
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini M.Kazımov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Sahib Ələkbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR