Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı - Biri uşaqdır

Gürcüstanda 2 nəfərdə "donuz qripi" tapıldı - Biri uşaqdır
23:17 9 Dekabr 2019
124 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda qış mövsümündə ilk dəfə "donuz qripi"nə (H1N1) yoluxma halı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Batumidə bir nəfər virusa yoluxub. Bu haqda Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin rəhbəri Xatuna Zazaşvili məlumat verib. Onun sözlərinə görə, virusa yoluxan yeniyetmədir.

Bundan başqa, Tbilisidə bir nəfər azyaşlı H2N3 virusuna yoluxub. Uşağın yaşı dəqiqləşdirilməyib.

Hər iki xəstə ötən həftə xəstəxanaya yerləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/809091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR