Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular

Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion oldular
23:27 9 Dekabr 2019
122 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskva şəhərində WRP (World Raw Powerlifting) Federasiyasının keçirdiyi dünya çempionatı başa çatıb.
“Report” xəbər verir ki, pauerliftinq üzrə dünya çempionatında Azərbaycan “Powerlifting” idmançıları tam heyətlə iştirak ediblər.
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev, vitse-prezident Rüfət Ağayev və baş məşqçi Azər Mustafayevin başçılığı ilə dünya çempionatına yollanan idmançılarımızın nəticələri ürəkaçan olub. 
Belə ki, 75 kq çəki dərəcəsində çıxış edən Rövşən Xəlilov iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq, dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də Xəlilov dünya çempionluğu qazanıb. Onun bu nəticələri dünya çempionatının ikinci ən yaxşı nəticəsi sayılıb və beləcə, ona daha bir gümüş medal verilib.
Bundan başqa, xanım idmançımız Ədilə Qurbanova, Elvin Müzəffərov (hər ikisi -67,5 kq), Ramil Əhmədov (-90 kq), Razim Hüseynov, Nicat Xosrovzadə (hər ikisi -125 kq) qızıl medal qazanıb.
Ramin Rzayev (-75 kq), Əli Əsgərov (-82 kq), Hafiz Verdiyev (-100 kq) və Aydın Hümbətov (-110 kq) gümüş medala yiyələnib.
Qeyd edək ki, bu yarışda Razim Hüseynov da 960 kq nəticə ilə dünya rekorduna imza atıb.















Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-idmancilari-moskvada-dunya-rekordunu-qiraraq-cempion-oldul

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR