İnəyinin hərəkətinə görə cərimə ödədi

İnəyinin hərəkətinə görə cərimə ödədi
23:47 9 Dekabr 2019
113 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyənin Kayseri bölgəsində inəyi maşın yoluna çıxan Duran Altunç yol polisi tərəfindən cəzalandırılıb.

Milli.Az bildirir ki, yol hərəkəti qaydalarının müvafiq maddəsinə uyğun olaraq ona 108 lirəlik cəza tətbiq olunub.

Fermerliklə pul qazanan Duran Altunç başına gələnləri qeyri-real hesab edir. O, başına gələnləri belə izah edir:

"Belə bir cəza aldıq. İndiyə qədər görülməmiş cəza. Oğluma dedim ki, gedək, inəyimizə sürücülük vəsiqəsi alaq. Vəsiqəsi olsa, cəza yazmazlar. Əslində biz heç vaxt inəyi başsız buraxmamışıq. İndi deyirlər ki, maşın yoluna çıxıb. Eşidənlər buna inanmır. Hamı zəng edib soruşur ki, bu, doğrudan da olub. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/808908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı