Huawei MatePad Pro ilə Apple iPad Pro-ya rəqib oldu

Huawei MatePad Pro ilə Apple iPad Pro-ya rəqib oldu
08:42 10 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Huawei və Apple arasında rəqabət kateqoriyasına planşet də daxil ola bilər. Apple bu sahədə birinci yerdə olmasına baxmayaraq Huawei-nin smartfonlar dünyasında qazandığı uğuru planşet kateqoriyasında da qazana bilər.

Milli.Az techland.az-a istinadən bildirir ki, Huawei, noyabr ayının əvvəlində MatePad Pro adlı yeni bir tablet təqdim etmişdi. Qələm və klaviatura dəstəyi olan iPad Pro-dan ilhamlanaraq hazırlanmış planşet, gələcəkdə iPad seriyasına başağrısı edə bilər.

Jurnalistlərlə söhbətində Huawei şirkətinin CEO-su Yu Chengdong, MatePad Pro-nun yeni versiyalarının müxtəlif ölçülərdə hazırladıqlarını bildirib. CEO, planşetin ölçüsünün böyüməsi və istifadə olunan bahalı ekran ilə planşetlərdəki qiymətlərin artacağını söyləyib.

MatePad-in qiyməti isə ekran ölçülərindən asılı olaraq 469$ və 852$ olaraq təyin edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/807892.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR