Tripolidə iğtişaşlarda 40 nəfər yaralandı

Tripolidə iğtişaşlarda 40 nəfər yaralandı
09:08 10 Dekabr 2019
77 Digər
Ölkə mətbuatı
A- A+

Livan Xilasetmə Xidmətləri ölkənin şimalındakı Tripolidə iğtişaşlardan təsirlənən 40 vətəndaşa kömək edib.

Publika.az-ın məlumatına görə, bu barədə Livanın "NNA" agentliyi bildirib.

Bildirilib ki, sahə xəstəxanalarında və təcili yardımlar tərəfindən 40 vətəndaşa kömək edilib:

"İki nəfər Tripolidə millət vəkillərindən birinin evinin yaxınlığındakı nümayiş yerindən rayon xəstəxanalarına yerləşdirilib. Fəallar və digər vətəndaşlar arasında baş verən qarşıdurmalar zamanı gözyaşardıcı qazdan istifadə nəticəsində yüngül xəsarətlər, qançırlar və boğulma halları qeydə alınıb".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/298633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR