Serj Ərdoğana məktub göndərdi

Serj Ərdoğana məktub göndərdi
21:46 16 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 24 aprel 2015-ci ildə Çanaqqala qələbəsinin 100 illiyini qeyd edilməsi münasibətilə təşkil olunacaq bayram şənliklərində iştirak etmək dəvətini rədd edib.

ANS PRESS-in məlumatına görə, Sarkisyan məktubunda Çanaqqala döyüşündə iştirak edən ermənilərin xidmətini göstərməklə yanaşı, 1915-ci ildə ermənilərin "soyqırım"a məruz qaldığını və bunun Osmanlı tərəfindən planlaşdırıldığını göstərib.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə aprelin 24-də Çanaqqala döyüşündə qazanılmış qələbənin 100 illiyinin qeyd ediləcəyini bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=320172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR