Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır

Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır
09:42 10 Dekabr 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. Sonrakı illərdə cinayət törədən narkomanların sayında getdikcə artma müşahidə edilib.

2010-cu ildə narkomanlar tərəfindən 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791 cinayət törədilib.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib.

Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/809133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR