Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu

Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu
09:43 10 Dekabr 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

"HammAli & Navai" qrupunun reperləri Aleksandr Əliyevlə Nəvai Bəkirovun içərisində olduqları avtomobil atəşə tutulub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəetmə mərkəzinin nümayəndəsi məlumatverib. İnsident reperlər Lipetskdən Moskvaya qayıdarkən baş verib. Onların sözlərinə görə, maşınlarının yaxınlığında silahdan açılan atəşə oxşayan səslər eşidiblər. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "HammAli & Navai" solistləri ilə bağlı daha bir hadisə dekabrın 9-na keçən gecə Lipetskdə baş verib. Səhnənin minalanması ilə bağlı anonim zəng səbəbindən reperlərin konserti yarımçıq qalıb. Yoxlamalar zamanı heç bir partlayıcı vasitə tapılmayıb.

Rusiya DİN nümayəndəsi hər iki insident arasında bağlılıq olmadığını bildirib.

"HammAli & Navai" qrupu 2016-cı ildə yaradılıb. Aleksandr Əliyev və Nəvai Bəkirov Azərbaycanda doğulsalar da, Rusiyada fəaliyyət göstərirlər. (qafqazinfo.az)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/298638.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR