Dünyanın ən pis qoxularını iyləmək üçün NÖVBƏYƏ DURDULAR

Dünyanın ən pis qoxularını iyləmək üçün NÖVBƏYƏ DURDULAR
09:53 10 Dekabr 2019
83 Digər
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Yokohama şəhərində keçirilmiş qoxu sərgisində ziyarətçilərin iybilmə duyğusunu yoxlamaq üçün bir-birindən fərqli pis və gözəl qoxular təqdim olunub.

Publika.az
xəbər verir ki, bahalı parfümlərin istehsalında istifadə edilən xüsusi bitkilər, fərqli gül növləri və aromalı qəhvə kimi gözəl qoxuların yanında dünyanın ən bərbad qoxuları da ziyarətçilərin maraq obyekti olub.



Yokohamadakı Orbi Tema parkında təşkil edilən sərgini izləmək üçün ziyarətçilər 800 yuan (təxminən 193 manat) ödəyiblər. İştirakçılar qurudulmuş və vaxtı keçmiş balıq konservi, istifadə edilmiş geyim kimi bir çox fərqli qoxunu tək-tək sınayıblar.

Bir iş görüşməsi əsnasında insan bədəninin ifraz etdiyi qoxu olaraq adlandırlan "stress qoxusu", "yaşlı insan qoxusu" və dünyanın ən pis iy verən meyvəsi olaraq göstərilən "Durian" da sərgidə ziyarətçilərin diqqətini çəkib.



Sərginin səlahiyyətli şəxsi Kiyoda iştirakçıların ən yaxşı və ən pis qoxular mövzusunda həmfikir olduğunu bildirib və əlavə edib: "ümumiyyətlə gül qoxusu ən gözəl qoxu olaraq qiymətləndirilib. Ən bərbad qoxu isə “surströmming” balıq konservi seçildi”.

Məhərrəm Əliyev


Xəbərin orijinal ünvanı: https://publika.az/news/maraqlidunyasi/298544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR