Xırdalanda şirkətdə baş verən partlayışda sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb

Xırdalanda şirkətdə baş verən partlayışda sahə rəisi və 5 yaşlı oğlu xəsarət alıb
09:55 10 Dekabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Abşeron rayonunda baş vermiş partlayışda iki nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə Xırdalan şəhəri 50-də yerləşən "İntertexnika" MMC-nin anbarında qaz sızmasından baş verib.

Baş verən partlayış nəticəsində şirkətin istismar rəisi, 1982-ci il təvəllüdlü Qasımov Azad Vahid oğlu və onun azyaşlı öğlu, 2013-cü il təvəllüdlü Qasımov Şəhriyar Azad oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3161391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR