BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər biraraya gəlməlidir"

BP-nin regional prezidenti: "Qlobal iqlim dəyişiklikləri çağırışları üçün şirkətlər biraraya gəlməlidir"
11:22 10 Dekabr 2019
92 Digər
Ölkə mətbuatı
A- A+

"Qlobal iqlim dəyişiklikləri bir sıra çağırışlar yaradır və bu çağırışlar üçün şirkətlər birgə çalışmalıdır".
"Report" xəbər verir ki, bu barədə "Baker Hughes" tərəfindənbu gün Bakıda təşkil edilmiş "Energy Forward" konfransında çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyib.
O qeyd edib ki, karbohidrogenlərin hasilatının davam etdirilməsinə baxmayaraq, bu prosesin ətraf mühitə təsirinin azaldılması istiqamətində işlər aparılmalıdır.
"Proqnozlara görə, 2040-cı ilə qədər dünyada enerji resurslarına tələbat 30% artacaq. Bu tələbatın ödənilməsi təmin edilməlidir. Buna baxmayaraq qlobal iqlim dəyişiklikləri qabağımıza yeni çağırışlar qoyur. Bu çağırışlara cavab vermək üçün bu sahədə çalışan şirkətlər bir araya gəlməlidir".

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bp-qlobal-iqlim-deyisiklikleri-qabagimiza-yeni-cagirislar-qoyur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR