Türkiyə Avropa Birliyinə meydan oxuyacaq -

"Fatih" və "Yavuz" qazma gəmilərinin ardından Aralıq dənizinə 3-cü qazma gəmisini də göndərəcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən televiziyada açıqlama verib. O bildirib ki, 3-cü qazma gəmisindən təkcə Aralıq dənizindəki əməliyyatlarda deyil, Qara dənizdə də istifadə edilməsi planlaşdırılıb.

Rəsmi Ankara bu addımı ilə Brüsselin xəbərdarlıqlarına qarşı Avropa Birliyinə meydan oxumuş olacaq. 3-cü qazma gəmisinin alınması üçün Norveç şirkətlərinin nəzərdə tutulduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı