Çex Respublikasında xəstəxanada atışma olub, ölənlər var

Çex Respublikasında xəstəxanada atışma olub, ölənlər var
12:47 10 Dekabr 2019
101 Digər
Ölkə mətbuatı
A- A+

Çex Respublikasının şimal-şərqində yerləşən ikinci böyük şəhəri Ostravanın şəhər xəstəxanasında bu gün səhər tezdən naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri (bəzi məlumatlara görə altı nəfəri) qətlə yetirib, daha 2 nəfər ciddi yaralanıb.
“Report” DW-yə istinadən xəbər verir ki, bu barədə polisin regional sözçüsü Pavla Yurouskova İctimai TV “Ceska Televize”yə (İctimai TV) bildirib.
O, hadisə yerinə polisin cəlb olunduğunu, 180 sm boyunda, qırmızı gödəkcədə olan şübhəlini axtardıqlarını deyib.
Daxili işlər naziri Yan Hamaçek məsələni çevik polisin araşdırdığını, hələlik təfərrüatlar barədə danışmağın tez olduğunu açıqlayıb.
Hadisədən sonra yaxınlıqda yerləşən universitet bağlanıb.



Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cex-respublikasinda-xestexanada-atisma-olub-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR